Azərbaycanın ən hündür boylu əməkdar müəllimi, fəxri bədən tərbiyəsi və idman ustası Fikrət Həsənov Diaqnoz Tibb Mərkəzinin Almaniyadan dəvətli Ortoped-Travmatoloqunun qəbulunda olub. 

Diaqnoz Tibb Mərkəzindən "Unikal"a verilən məlumata görə, professor Hans-Peter Geiselhart Almaniya Federativ Respublikası Höküməti tərəfindən maliyyələşən SES proqramı çərçivəsində 24 may tarixinədək pasiyentləri qəbul edəcək.

Almaniyadan dəvət olunmuş peşəkar ortoped-travmatoloq, professor Hans-Peter Geiselhart Diaqnoz Tibb Mərkəzində ödənişsiz pasiyent qəbulu həyata keçirir.
 
Həkimin icra etdiyi xidmətlər aşağıdakılardır:
Uşaqlarda anadangəlmə bud-çanaq çıxıqları;
Onurğa sütununun skolioz və kifoz xəstəliklərinin müayinə və müalicəsi;
Diz, bud-çanaq, çiyin oynaqlarının endoprotezləşməsi;
Serebral iflic;
Əyri pəncəlik;
Halluks valqus deformasiyası;
Artroskopik əməliyyatlar;
Hər növ travmatoloji müayinələr və s.
 
Mobil: (+994 55) 754 43 03
Çağrı mərkəzi: 904
 
Ünvan: Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Sarayevo küçəsi 38C