Xəbər verdiyimiz kimi, Şuşa şəhərində “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilir. 

"Unikal" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın qatıldığı tədbirə yerli və xarici qonaqlar gəlib. 

Azərbaycan SSR xalq artisti Zeynəb Xanlarova da festivalda çıxış edib. 

Xatırladaq ki, bu, 87 yaşlı sənətçinin 44 günlük müharibədən sonra Şuşa şəhərinə ilk səfəridir. 

Ağarza Elçinoğlu