Deputat: "Müxalifətlə mübarizə aparmaq iqtidarın marağında deyil"
22:58 24-05-2013
CƏMİYYƏT
Deputat: "Müxalifətlə
mübarizə aparmaq iqtidarın marağında deyil"
Azərbaycanda ictimai-siyasi fiqurlara qarşı qara piar texnologiyalarından istifadə olunması təzə söhbət deyil
Seçki illərində bu metod daha da aktuallaşır. Bu il də seçki ilidir, odur ki, mətbuatda qara piar xarakterli yazıların sayı artıb.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə deyib ki, qara piar kampaniyasının aparılması vaxt, enerji və məsrəf itkisidir: "Çox təəssüf ki, təmiz piarla yanaşı, qara piar da mövcuddur. Hakimiyyət əleyhinə olan qüvvələr qara piar kampaniyasından geniş istifadə etməyə çalışırlar. Bu, təkcə seçki ilində baş vermir. Müxalifətin nəzarətində olan mətbuat orqanlarında həqiqətə uyğun olmayan materiallar çap edilir, məhkəməyə çəkiləndə isə bunu özlərinə qarşı təzyiq kimi qiymətləndirirlər. Bundan başqa, saxta saytlar yaradıb müəyyən materialları orada yerləşdirirlər, sonradan isə həmin materialı öz saytlarında verirlər. Bu, artıq cəmiyyətin öyrəşdiyi üsullardır.
Xarici mətbuatda da Azərbaycan hakimiyyətinə qarşı təbliğat aparılır. Vaxtaşırı Azərbaycanla, onun mövqeyi ilə bağlı həqiqətə uyğun olmayan materiallar dərc olunur".
Deputat bildirib ki, müxalifət hakimiyyətə qarşı qara piardan istifadə etməklə onu nüfuzdan salmağa, öz reytinqini artırmağa çalışır: "Piarın hansı şəkildə aparılmasından asılı olmayaraq seçici, sadə vətəndaş görülən işə, real vəziyyətə qiymət verir. Onu hansısa təbliğat kampaniyası yox, özünün sosial vəziyyəti, təhlükəsizliyi, ölkəsinin beynəlxalq aləmdə nüfuzu maraqlandırır".
Aydın Mirzəzadənin sözlərinə görə, iqtidar müxalifətə qarşı qara piar kampaniyası aparmır: "Bu gün müxalifətlə mübarizə aparmaq iqtidarın marağında deyil. Hakimiyyətin siyasi texnologiyasında bu istiqamət yoxdur. Hakimiyyət üzərinə düşən vəzifəni yerinə yetirir, bütün fəaliyyətini cəmiyyətin inkişafına yönəldir. Müxalifətlə mübarizə aparmaq, müxalifət haqqında rəy yaratmaq iqtidarın iş prinsipində yoxdur".
Deputat qara piara qarşı təmkinli olmağın zəruriliyi ilə razılaşdığını vurğulayıb: "Ancaq hansısa şəxsə, ya dövlət orqanına qarşı yalan, iftira, böhtan üzərində qurulan əsassız kampaniya aparılırsa, bu məsələ hüquq müstəvisində həll olunmalıdır".
Digər Xəbərlər
2024-12-28 21:04:54
2024-12-28 20:24:55
2024-12-28 19:26:22
2024-12-28 18:33:26
2024-12-28 18:32:46
2024-12-28 18:25:42
2024-12-28 18:17:08
2024-12-28 18:07:14
2024-12-28 17:55:16
2024-12-28 17:48:07
2024-12-28 17:47:11
2024-12-28 17:42:00
2024-12-28 17:15:00
2024-12-28 16:37:00
2024-12-28 16:27:21
2024-12-28 16:24:19
2024-12-28 16:18:00
2024-12-28 16:07:47