Qadınların məşğulluq imkanlarına çıxışını məhdudlaşdıran amillər araşdırılacaq.

"Unikal" xəbər verir ki, bu, “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Əmək bazarı” işçi qrupunun 2024-cü il üzrə Fəaliyyət Planı”nda öz əksini tapıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu il oktyabrın 1-dək qadınların məşğulluq imkanlarına çıxışını məhdudlaşdıran amillərin araşdırılması və nəticələri üzrə müvafiq təkliflərin hazırlanaraq Komissiyaya təqdim edilməsi tapşırılıb.