Moldova siyasətçisi və müxalif “Pobeda” blokunun rəhbəri İlan Şor Rusiya pasportu alıb.
"Unikal" xəbər verir ki, o, bu barədə Rusiya mətbuatına danışıb.
“Sənədləri təqdim etdim. Aldım. Ona görə də bu gün mən Rusiya Federasiyasının vətəndaşıyam”, - deyə Moldova müxalifətinin siyasətçisi bildirib.
Şor dəfələrlə Moskva və Kişinyov arasında qarşılıqlı əlaqənin tərəfdarı olub. Siyasətçi qeyd edib ki, Rusiya Federasiyası ilə əməkdaşlıq zəruridir, çünki məhz bu, ölkənin iqtisadiyyatını və sosial sferasını bərpa etməyə kömək edəcək.