Antalya Hava Limanında xidmətdə olan 42 nəfər qida zəhərlənməsi şübhəsi ilə xəstəxanalara çatdırılıb.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Zəhərlənənlərdən 4 nəfəri polis, 38-i özəl mühafizəçidir.
Qidalar üzərində ekspertiza və araşdırma aparmaq üçün Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı İl Müdirliyi tərəfindən lazımi nümunələr götürülüb.
Fakt araşdırılır.
***14:58
Türkiyənin Adıyaman vilayətinin Gölbaşı rayonunda 120 işçi qidadan zəhərlənib.
"Unikal" xəbər verir ki, yedikləri yeməkdən zəhərlənən işçilər bina tikintisində çalışırmış.
Onlar dərhal xəstəxanaya yerləşdirilib. Fakt araşdırılır.
Ağarza Elçinoğlu