AFFA-nın Apelyasiya Arbitraj Tribunalının iclası keçirilib.
"Unikal" xəbər verir ki, bunu assosiasiyanın mətbuat xidməti açıqlayıb.
Tribunalda “Turan Tovuz”un şikayətinə baxılıb. Qərblilər Azərbaycan Premyer Liqasının XXXIII turunun “Zirə” ilə oyununun 90+9-cu dəqiqəsində qırmızı vərəqə alan Roderik Millerlə bağlı müraciət edib.
AFFA apelyasiyanı təmin etməməyə qərar verib. İntizam Komitəsinin təcavüzkar davranışa görə verdiyi 4 oyunluq cəza və klubun 3000 manat cərimələnməsi qüvvədə saxlanılıb.
Qeyd edək ki, Tovuz klubu Apelyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət etmək hüququna malikdir.