Biləsuvarda mağazalardan oğurluq edən yeniyetmələr saxlanılıb.

"Unikal" xəbər verir ki, rayonun Nəsimi kəndində yerləşən mağazadan 1300 manat nağd pul və əlavə olaraq danışıq kartlarının oğurlanması barədə polisə məlumat daxil olub.

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin əməli törədən 2 nəfər yeniyetmə müəyyən edilərək saxlanılıblar. Araşdırma zamanı onların Günəşli kəndi ərazisindəki digər bir mağazadan da nağd pul və tütün məmulatları oğurladıqları müəyyən edilib.

Araşdırma aparılır.