Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev pedofillərin, ekstremizm və terrorizmlə məşğul olan şəxslərin respublikaya girişini qadağan edən qanunu imzalayıb.

"Unikal" xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

“Ekstremist və ya terror təşkilatında iştirak edən, təkrar cinayət törətmiş, mütəşəkkil dəstədə (cinayət təşkilatında) aparıcı mövqe tutan, yetkinlik yaşına çatmayanların cinsi toxunulmazlığı əleyhinə cinayətlər törətmiş şəxslərin ölkəmizə girişinə qadağa qoyulub”, - mətndə deyilir.

Bundan əlavə, Qazaxıstan vətəndaşlığına qəbuldan imtina və bərpa üçün yeni əsaslar nəzərdə tutulur. Bunlara, xüsusən də yetkinlik yaşına çatmayanların cinsi toxunulmazlığı əleyhinə cinayətlərin törədilməsi, dövlət dilini ibtidai səviyyədə bilməməsi, respublika konstitusiyasının əsaslarını, habelə qanunvericiliklə müəyyən edilmiş həddə ölkə tarixini bilməməsi daxildir.