Yeni Kaledoniyada iğtişaşlardan dəyən ziyan 150 milyon avro (276,6 milyon manat) olaraq qiymətləndirilir.

"Unikal" xəbər verir ki, bu barədə Cənub əyalətinin rəhbəri Sonya Bakes bildirib.

O, Fransa hökumətini iğtişaşların nəticələrini aradan qaldırmaq üçün xüsusi fond yaratmağa çağırıb.

Fransa Sahibkarlar Hərəkatının (MEDEF) regional bölməsindən isə bildirilib ki, iğtişaşlar region iqtisadiyyatı üçün fəlakətli nəticələrə səbəb ola bilər.