Rusiya qoşunlarının Ukraynanın şimal-şərqində irəliləməsi Ukraynadakı xüsusi əməliyyatda dönüş nöqtəsidir  və buna Qərb ölkələrinin hərbi dəstəyi kömək edə bilməz.

"Unikal" xəbər verir ki,  bu barədə  CNN telekanalı məlumat yayıb. 

"Rusiyanın fərqli istiqamətdə yeni hücuma başladığı belə mühüm məqamda ukraynalılar onun qarşısını almaq üçün qoşunlarını hara göndərəcəklərini seçməlidirlər. Biz görürük ki, Rusiya şərqdə irəliləyir, ona görə də bu, Ukrayna üçün fəlakətli an, müharibədə dönüş nöqtəsidir. Bu, Zelenskinin yaxın günlərdə müttəfiqlərə təcili səfər etməmək qərarında öz əksini tapıb",-  KİV yazıb. 

Xatırladaq ki, mayın 16-da Zelenski Xarkovda  Ali Baş Komandanın qərargahının iclasını keçirib və orada hərbçilərlə Xarkov vilayətindəki vəziyyəti müzakirə edib.