Mayın 17-nə keçən gecə Rusiyanın dörd regionu Ukrayna Silahlı Qüvvələrinin 102 pilotsuz təyyarəsi ilə hücuma məruz qalıb. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə Nazirliyinin məlumatına görə, hava hücumundan müdafiə sistemləri Krım üzərində 51, Kuban üzərində 44, Belqorod vilayəti üzərində 6 və Kursk vilayəti üzərində bir pilotsuz uçuş aparatını məhv edib. Bundan əlavə, Qara dəniz donanmasının patrul katerləri Ukraynanın 6 pilotsuz katerini vurub. 

Nazirlik Ukraynanın hərəkətlərini Rusiya ərazisindəki hədəflərə terror hücumu həyata keçirmək cəhdi adlandırıb. Orada baş verənlərlə bağlı başqa təfərrüatlar verilməyib.

Lakin dronlar Rusiyanın neft və sənaye obyektlərini hədəf alıb. Onlardan biri Tuapse şəhərində (Krasnodar diyarı) neft emalı zavodunu vurub.

Ağarza Elçinoğlu