“Naxçıvan Bank”dan "Kapital Bank”a ötürülən kredit poetfelinin həcmi 184 milyon manatdır.
"Unikal" xəbər verir ki, bunu “Kapital Bank”ın İdarə Heyətinin sədri Fərid Hüseynov deyib.
O bildirib ki, portfelin 84,5 milyon manatı korporativ kreditlərin, qalan hissəsi isə qeyri-korporativ kreditlərin payına düşüb.
F.Hüseynov əlavə edib ki, "Kapital Bank"ın hansısa bankı, o cümlədən "Naxçıvan Bank"ı almaq planı yoxdur.
Anar Kəlbiyev