Ötən gecə Amerikanın Texas ştatının ən böyük şəhəri Hyustonda baş verən şiddətli fırtına insan tələfatına səbəb olub.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, Hyuston Bələdiyyəsindən verilən açıqlamaya görə, hadisə nəticəsində 4 nəfər ölüb, yüz minlərlə ev və iş yeri işıqsız qalıb.

Həmçinin, fırtına səbəbiylə məktəblərin bağlandığı və dağıntıların həyati təhlükəsi olduğu üçün, vətəndaşlara evdə qalmaları söylənilib.

Zərifə Nağıyeva