Ukrayna Krımın Belbek hava limanına raket hücumu həyata keçirib. 

"Unikal" xəbər verir ki, bu barədə CNN məlumat yayıb. 

Hücumun nəticələrini əks etdirən peyk fotolarına görə, Ukrayna üç hərbi təyyarəni və iki baza binasını məhv edib. 

Ukrayna silahlı qüvvələri Sevastopol yaxınlığındakı hava limanına hücum etmək üçün Amerikanın ATACMS raketlərindən istifadə edib. Orada 4-cü Qvardiya Hava Hücumundan Müdafiə Ordusunun 38-ci Qırıcı Aviasiya alayı yerləşir. 

Ağarza Elçinoğlu