Gəncə şəhərində dəm qazından ölüm faktı qeydə alınıb.

"Unikal" report-a istinadən xəbər verir ki, şəhər ərazisində binaların birində kirayədə yaşayan 1998-ci il təvəllüdlü Ş.Məmmədov dəm qazından boğularaq ölüb.

Onun meyiti tibbi ekspertizaya aparılıb.

Fakt araşdırılır.