Türkiyədə televiziya dünyasının məşhur simalarından olan, "Evet-Hayır" yarışması ilə yadda qalan Erkan Yolaç dünyasını dəyişib.
"Unikal" xəbər verir ki, aparıcı 89 yaşında uzun müddət müalicə aldığı xəstəxanada vəfat edib.
Yolaç orqan çatışmazlığından dünyasını dəyişib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan aparıcının ölümü ilə bağlı başsağlığı verib.
"Uzun illər TRT ekranlarında hazırladığı proqramlarla millətimizin yaddaşında yer alan aparıcı Erkan Yolaçın vəfatı məni çox kədərləndirdi. Mərhuma Allahdan rəhmət diləyir, yaxınlarına və bütün televiziya ictimaiyyətinə başsağlığı verirəm", - deyə başsağlığında deyilir.
Nuranə Abbasova