Qaxa dolu düşüb, meyvə ağaclarına ziyan dəyib.

"Unikal" xəbər verir ki, təbiət hadisəsi bu gün axşam saatlarında əsasən  rayon mərkəzinə və rayonun Zərnə və Ləkit kəndlərində müşahidə olunub.

Bir neçə dəqiqə davam edən dolu nəticəsində meyvə ağaclarına ziyan dəyib.

Qeyd edək ki, şimal-qərb bölgəsində son günlər qeyri-sabit hava şəraiti davam edir. Güclü leysan yağışları nəticəsində dağ çaylarında sululuq artıb.

Seymur Əli