Xudatda minik avtomobili ağaca çırpılıb, xəsarət alan var.

"Unikal"ın məlumatına görə, hadisə Xudat-Qusar avtomobil yolunda qeydə alınıb.

Belə ki, Xaçmaz rayon sakini, 1978-ci il təvəllüdlü İ.Rəhimov idarə etdiyi "VOLVO" markalı minik avtomobilini yolun kənarındakı ağaca çırpıb. Hadisə nəticəsində sürücü və onun həyat yoldaşı 1992-ci il təvəllüdlü Z.Surxayeva müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Yaralılar təcili tibbi yardım briqadalarının köməkliyi ilə xəstəxanaya aparılıblar.

Faktla bağlı araşdırma aparılır. 

Xanlar Qaraca