17 yaşlı oğlanı bıçaqlayanlar saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Unikal"a bildirilib ki, aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Cəlilabad rayonunun Alar kəndi ərazisində həmin kəndin sakinləri, 2006-cı il təvəllüdlü İ.Nağıyev və bir nəfər yeniyetməyə kəsilmiş-deşilmiş xəsarətlər yetirməkdə şübhəli bilinən Cəlilabad rayon sakini, 2005-ci il təvəllüdlü R.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.
XXX
12:46
Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib.
"Unikal" report-a istinadən xəbər verir ki, rayon sakini, 2007-ci il təvəllüdlü H. Salamzadə münaqişə zəminində müxtəlif bıçaq xəsarətləri alıb.
O, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralıya sağ döş qəfəsinin nüfuz edən yarası və sağ budun yuxarı 3/1-nin yarası diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır