"Yuventus"un baş məşqçi postundan qovulan Massimiliano Alleqrinin yerinə təyinat reallaşıb.
"Unikal" Turin təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, komanda U-21-in çalışdırıcısı Paolo Monteroya tapşırılıb.
52 yaşlı uruqvaylı "zebrlər"i mövsümün qalan oyunlarına çıxaracaq.
Qeyd edək ki, daha öncə tanınmış insayder Fabritsio Romano "Yuventus" rəhbərliyinin "Bolonya"nın baş məşqçisi Tyaqo Mottaya rəsmi təklif göndərdiyini açıqlayıb.