Los-Ancelesin mərkəzində naməlum şəxs içərisində bir zabit olan polis avtomobilini oğurlayıb və qəzaya uğrayıb.

"Unikal" xəbər verir ki, bu barədə NBC məlumat yayıb.

Hadisə mayın 19-da Los-Ancelesin mərkəzində baş verib, naməlum cinayətkar şəhər polisinin yolsuzluq avtomobilini oğurlayıb və kəsişmədə işıqforda dayanan bir neçə avtomobilə çırpılıb.

Hadisə zamanı patrul avtomobilində oğruya müqavimət göstərməyə çalışan bir polis əməkdaşı olub. Ştat polisinin verdiyi məlumata görə, üç nəfər yaralanıb və yüngül xəsarətlərlə xəstəxanaya aparılıb. Qəza törədən oğru hadisə yerindən qaçsa da, bir neçə saat sonra saxlanılıb.

Gülayə Mecid