Mayın 15-də sui-qəsdə məruz qalan Slovakiyanın baş naziri Robert Fitsonun kliniki vəziyyəti yaxşılaşır.

"Unikal"  xəbər verir ki, bu barədə Ruzvelt xəstəxanasının rəhbərliyi məlumat yayıb. 

"Bu gün keçirilən konsultasiyadan sonra xəstənin vəziyyətinin stabil olduğu barədə məlumat verə bilərik. Onun klinik vəziyyəti yaxşılaşır", - məlumatda qeyd olunub. 

Slovakiyanın baş nazirinə sui-qəsd mayın 15-də baş verib. Siyasətçi Nazirlər Kabinetinin iclasından sonra küçədə tərəfdarları ilə söhbət edib. 71 yaşlı Tsintula tapança ilə Fitsoya 5 atəş açıb və saxlanılıb. Baş nazir sinə, bud və mədəsindən yaralanıb. O, vertolyotla Banska Bystrica xəstəxanasına aparılıb. Sonradan məlum olub ki, baş nazirin həyatı təhlükədə deyil.