Azərbaycanda qarşısı alınan erkən evliliklərin sayı açıqlanıb.
"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə məlumatında qeyd edilib.
Yerli rayon icra hakimiyyətlərindən alınan məlumata görə, Azərbaycanın 12 iqtisadi rayonu üzrə 293 (2022‑ci idə 269) erkən evliliyin qarşısı alınıb.
Gədəbəy 29, Lənkəran 22, Abşeron 16, Şabran 15 rayonlarında erkən evlilik cəhdləri olmuş, qarşısı alınıb.
Bununla bərabər, 12 iqtisadi rayon üzrə nikah yaşının 1 il azaldılması ilə bağlı daxil olan məlumatlar araşdırılıb, üzürlü səbəblər müəyyən edildikdən sonra 233 (2022‑ci ildə 271) yetkinlik yaşına çatmayan şəxsə icra orqanları tərəfindən icazə verilib.
Anar Kəlbiyev