Bu gün hələ də məişət zorakılığının qarşısının alınması istiqamətində görüləcək işlər var.
"Unikal" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova deyib.
“Bu sahədə fəaliyyət göstərən monitorinq qruplarının işi gücləndirilməlidir. Onların özlərində bu işə yanaşmada istək və həvəs olmalıdır. Çünki bəzən müşahidə olunur ki, icra hakimiyyətləri sanki zorla bu işlə məşğul olur. Onlardan hesabatları çətinliklə əldə edirik”, - sədr müavini bildirib.
Anar Kəlbiyev