İngiltərənin "Mançester Siti" komandasının qapıçısı Ederson Amerika Kubokunda Braziliya millisinə kömək edə bilməyəcək.
"Unikal" xəbər verir ki, bu barədə “sambaçılar”ın baş məşqçisi Dorival Junior məlumat verib. Onun sözlərinə görə, İngiltərə Premyer Liqasının son turunda “Tottenhem”ə qarşı matçda gözündən zədə alan qolkiperin adı yığmanın heyətinə salınmayıb. Onun əvəzinə milli komandaya “San Paulu”nun 34 yaşlı qapıçısı Rafael dəvət edilib.
Qeyd edək ki, ABŞ-ın 14 şəhərinin ev sahibliyi edəcəyi Amerika Kuboku iyunun 20-dən iyulun 14-dək keçiriləcək. Braziliya millisi Kolumbiya, Paraqvay və Kosta-Rika ilə birlikdə D qrupunda mübarizə aparacaq.