Xəbər verdiyimiz kimi,  Prezident İlham Əliyev Sərəncamı ilə Şahin Vaqif oğlu Bayramov Qarabağ Universitetinin rektoru təyin edilib.

"Unikal" yeni təyin olunan rektorun dosyesini təqdim edir:

Şahin Bayramov 1979-cu il 4 iyul tarixində Mingəçevir şəhərində anadan olub. 1996-cı ildə Mingəçevir şəhər Təbiət, Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Liseyini bitirib.

1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsinə qəbul olunub, 2000-ci ildə Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr dərəcəsi alıb. 2001-ci ildə İqtisad Universitetinin magistraturasına qəbul olunub, 2003-cü ildə Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə magistr dərəcəsi alıb.

2005-ci ildə İqtisad Universitetinin doktoranturasına qəbul olunub. 2011-ci ildə Dünya iqtisadiyyatı ixtisası üzrə “Avropa İttifaqının Qonşuluq Siyasəti və Azərbaycanın Avropa iqtisadi məkanına inteqrasiyası perspektivləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib, 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

2012-ci ilin noyabrından 2017-ci ilin aprel ayınadək İqtisad Universitetinin Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru vəzifəsində çalışıb.

2017-ci ilin aprelinə kimi Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru vəzifəsində işləyib.

2017-ci il aprelin 17-də Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elm, ali və orta-ixtisas təhsili şöbəsinin müdir müavini vəzifəsinə təyin edilib. 31 iyul 2019-cu il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Şahin Bayramov Mingəçevir Dövlət Universitetinin rektoru təyin edilib.