Hacıqabulda "Təmiz hava" aylığı çərçivəsində tədbir keçirilib.

"Unikal" xəbər verir ki, Dövlət Yol Polisi Bölməsin və ərazi üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının keçirdikləri birgə tədbir zamanı avtomobillərdən çıxan qazların tərkibində olan zərərli maddələrin miqdarı xüsusi avadanlıqlarla yoxlanılıb.

Normadan artıq zəhərli qaz ixrac edən və atmosferi çirkləndirən avtomobilləri idarə edən sürücülərlə profilaktik söhbətlər aparılıb və onlara avtomobillərin saz vəziyyətdə saxlanılmasının vacibliyi çatdırılıb.  

Qayda pozuntusuna yenidən yol verən sürücülər barəsində inzibati tənbeh tədbiri görülüb.