Bakıda itkin düşən iki nəfər tapılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Unikal"a verilən xəbərə görə, daxil olmuş müraciətlər əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə mayın 2-də Sabunçu rayonu ərazisində itkin düşmüş 2002-ci il təvəllüdlü, mayın 3-də isə Xətai rayonu ərazisində itkin düşmüş 1990-cı il təvəllüdlü kişi tapılaraq aidiyyəti üzrə təhvil verilib.