Milli Məclis Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun illik məlumatını qəbul edib. 

"Unikal" xəbər verir ki, hesabat müzakirələrdən sonra səsverməyə çıxarılaraq təsdiqlənib.

***11:11

Milli Məclisin bu gün keçirilən plenar iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı müzakirəyə çıxarılıb.

"Unikal" xəbər verir ki, illik məlumatı Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov təqdim edir.

Daha sonra deputatlar hesabatla bağlı fikirlərini bildirəcəklər.

Anar Kəlbiyev