"Bir sıra qanunlarda dəyişikliklər edilərək cinsi toxunulmazlıq və cinsi azadlıq əleyhinə olan cinayətlərin yetkinlik yaşına çatmayanlara qarşı törədilməsi ağırlaşdırıcı hal kimi müəyyən edilib, uşaqların cinsi istismarı ilə bağlı cinayətlərə görə cəzalar sərtləşdirilib".

"Unikal" xəbər verir ki, bunu Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov deyib.

Nazir müavini bildirib ki, həmin əməllərdə şübhəli bilinən təqsirləndirilən və ya belə cinayətə görə məhkum olunmuşlar isə məcburi dövlət genom qeydiyyatından keçirilməli şəxslər siyahısına daxil edilib:

"Yetkinlik yaşına çatmayanları ictimai mənəviyyata zidd əməllərə cəlb etmə də cinayət tərkibinin əməli kimi müəyyənləşdirilib, bu cür məqsədlərlə uşaqların təqib edilməsinə görə qanunvericiliyə cinayət məsuliyyətini nəzərdə tutan müddəalar əlavə edilib".

Anar Kəlbiyev