Ukraynanın Lvov vilayətində bir nəfər səfərbərlikdən yayınmaq üçün iki həftə ərzində meşədə gizlənib. 

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb. 

Onun Volın sakini olduğu üzə çıxıb. Çağırışçı evdən çıxandan sonra yaxınları onu itkin hesab ediblər. Ukraynalı Sambir bölgəsinin Turka şəhərində polis tərəfindən saxlanılıb. 

O, məhkəmədə hərbi xidmətdən yayınmaq üçün ölkədən qaçmaq istədiyini bildirib. Ona 24 saatlıq ev dustaqlığı verilib.

Ağarza Elçinoğlu