İngiltərə Premyer Liqasında mövsümün ən yaxşı məşqçisi müəyyənləşib.
"Unikal" xəbər verir ki, bu ada "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola layiq görülüb. Bu barədə klubun saytı məlumat yayıb. 53 yaşlı mütəxəssis Mikel Arteta ("Arsenal"), Unai Emeri ("Aston Villa"), Andoni İraola ("Bornmut") və Yurgen Kloppu ("Liverpul") qabaqlayıb.
Qvardiolanın komandası bu mövsüm 91 xalla Premyer Liqanın çempionu olub.
Qeyd edək ki, Qvardiola 2016-cı ildən "Mançester Siti"nin baş məşqçisidir.