Dumanla əlaqədar magistral yollarda görmə məsafəsi məhdudlaşacaq.
Bu barədə “Unikal”a Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.
Bildirilib ki, mayın 23-də dağlıq və dağətəyi rayonlarda gecə və səhər saatlarında yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı ehtimalı var.