Rusiya Silahlı Qüvvələrinin Baş Rabitə İdarəsinin rəisi, Baş Qərargah rəsinin müavini, general-leytenant Vadim Şamarin həbs edilib.

"Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə 35-ci hərbi qarnizon məhkəməsi qərar çıxarıb.

General külli miqdarda rüşvət almaqda ittiham olunur.

***10:49

Rusiya Baş Qərargah rəisi Valeri Gerasimovun müavini, general-leytenant Vadim Şamarin saxlanılıb.

"Unikal" xəbər verir ki, bu barədə “Kommersant” nəşri məlumat yayıb.  

Nəşrin məlumatına görə, o, Rusiya İstintaq Komitəsinin (ICR) Baş Hərbi İstintaq İdarəsində dələduzluq işi üzrə dindirilib. 

Xatırladaq ki, bundan əvvəl Rusiya Silahlı Qüvvələrinin 58-ci Əlahiddə Ümumqoşun Ordusunun keçmiş komandanı, general-mayor İvan Popov da irimiqyaslı dələduzluq işi üzrə həbs edilmişdi. 

Gülayə Mecid