1990-cı illərdə ABŞ-nin İndiana ştatında yaşayan evli və üç uşaq atası Herb Baumeister tərəfindən törədilən ardıcıl qətllərin yeni təfərrüatları ortaya çıxıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, tanış olduğu "gey" kişiləri aldadaraq evə aparıb öldürən Herbin həyətindən daha dörd adama məxsus qalıqlar aşkarlanıb. 

Səlahiyyətlilər hesab edirlər ki, Baumeister barlarda tanış olduğu kişiləri aldadıb, kənd evinə aparıb və orada öldürürmüş. Polislər Baumeisterin ən azı 25 nəfəri öldürdüyünü təxmin edir. 

Belə ki, Herbin uşaqlarından birinin bağda gəzərkən kəllə tapması ilə başlayan araşdırma sürətlə böyüyüb və səlahiyyətlilər 13 hektarlıq ərazidə 10 min yanmış sümük qalığının tapıldığını bildirib. İstintaq genişləndikdən sonra Baumeister Kanadaya qaçıb və intihar edib. ABŞ rəsmiləri 13 qurbanın tapıldığını və 12 qurbanın şəxsiyyətinin müəyyən ediləcəyini açıqlayıb.

Sümüklərdəki DNT-ni araşdıran səlahiyyətlilər, 2022-ci ildə yeni texnologiyalardan istifadə edərək identifikasiyaya yenidən başlayıblar.  

Seymur Əli