Yaponiyanın paytaxtı Tokio hava limanında iki sərnişin təyyarəsi apronda toqquşub.

"Unikal" xəbər verir ki, Haneda hava limanında havaya qalxmağa hazırlaşan "Japan Airlines" (JAL) şirkətinə məxsus iki sərnişin təyyarəsinin qanadları toqquşub.

Qəza nəticəsində xəsarət alan olmayıb. Hadisədən sonra Hokkaydo ştatının Nyu-Kitoz hava limanına qalxmağa hazırlaşan təyyarədən ekipaj da daxil olmaqla 328 sərnişin təxliyə edilib.

Bu aviasiya xidməti üçün yeni sərnişin təyyarəsi ayrılıb.

Eyni hava limanına gedən, lakin sərnişini olmayan başqa bir təyyarə də gecikib. Toqquşma nəticəsində təyyarələrin qanadları zədələnib.

Seymur Əli