Azərbaycan cüdoçusu Zelim Kotsoyev Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatında finala yüksəlib.
"Unikal" xəbər verir ki, 100 kiloqram çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda Portuqaliya təmsilçisi Jorje Fonsekaya ipponla qalib gəlib.
O, həlledici qarşılaşmada kanadalı Şeydi Əl-Nahasla üz-üzə gələcək.