Rusiyada şəxsi L-145 amfibiya təyyarəsi Kaluqa hava limanında qəza enişi edib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Təyyarə sürüşərək uçuş-enmə zolağından çıxıb.
Bundan sonra hava limanını iki saat bağlı qalıb.
Belarus vətəndaşlarının olduğu təyyarənin göyərtəsində dörd nəfər - pilot, naviqator və iki sərnişin olub. Hazırda onların vəziyyəti barədə məlumat verilmir.
Ağarza Elçinoğlu