Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə əqsirləndirilən Nağdəliyev Rahib Yunis oğlunun məhkəmə prosesinin növbəti iclası keçirilib.
"Unikal"ın məlumatına görə, cinayət işində 12 nəfər zərərçəkmiş qismində tanınıb. Quliyev Sərxan Nadim oğlu şahid qismində ifadə verərək bildirib ki, təqsirləndirilən şəxslə həmkəndlidir. Zərərçəkmiş Xaliq Abazərov isə onun dayısıdır. Dayısı ona deyib ki, bankdan adına pul götürüm, məndə razılaşdım və 8 min 500 manat kredit götürüb dayıma verdim. O da Meyvəlidə meyvə alveri üçün həmin pulu Rahibə verdi. 5 min ödədikdən sonra dayım pulu daha ödəyə bilmədi.
Ev dustaqlığında olan təqsirləndirilən şəxs Rahib Nağdəliyev isə meyvə alveri barədə söhbətin sonra olduğunu, həmin pulu ona Xaliqin faizə verdiyini bildirib.
Növbəti şahid Orxan Nadim oğlu Quliyev də ifadə verərək bildirdi ki, Babək rayonunun Nehrəm kəndindəndir: "Mən özümdə zərərçəkmişəm, ancaq polisdə imtina etdim şikayətçi olmaqdan. Belə ki, mənim özümdə Beynəlxalq Bankdan 3 min 500 manat götürüb dayım Xaliqə vermişəm. 10 min manat isə götürüb Rahibə vermişəm, ancaq istəmirəm. Mənə 2 min manat hissə-hissə pul veriblər".
Məhkəmənin növbəti iclası 31 may tarixinə kimi təxirə salınıb.
Azər İsrafilov