Mərhum Xalq artisti İlhamə Quliyevanın övladlığa götürdüyü oğlu Orxan Nadirov Moskvada itkin düşüb.

"Unikal" xəbər verir ki, bu barədə aparıcı Xoşqədəm Baxşəliyeva “Səni axtarıram” proqramında məlumat verib.

Orxanın doğma anası verilişə gələrək onun axtarışına çıxıb.

Nadirov Orxan Əhmədağa oğlu 8 ay əvvəl Moskvadan Türkiyəyə getmək üçün hava limanına gəlib. Ötən il sentyabrın 23-də o, Moskva hava limanında yoxa çıxıb.

Sonra isə ondan heç bir xəbər alınmayıb.