İstanbulun məşhur görməli yerlərindən və simvollarından biri olan Qalata qülləsi fasadı və zirvəsi bərpa olunduqdan sonra bu gündən etibarən ictimaiyyətə açıqdır.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin Turizm Nazirliyi məlumat yayıb.

Türkiyə metropolunun eyniadlı rayonunda yerləşən 67 metrlik qüllə fevral ayında tamamilə bağlanıb. 2023-cü ilin noyabr ayından onun səkkizinci mərtəbəsi bərpa ilə əlaqədar bağlanıb. Qalanın seysmik müqavimətinin gücləndirilməsi istiqamətində də işlər aparılıb.

Bərpa işləri zamanı qüllədə sayı 400-ə çatan köçəri quşların yuvaları qorunub saxlanılıb.

1349-cu ildə inşa edilən və Məsih qalası adlanan Qalata qülləsinin əsaslı təmiri əvvəllər 1964-1967-ci illərdə aparılıb.