Dördüncü “Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanının nəticələri açıqlanıb.

Müsabiqənin İşçi Qrupundan "Unikal"a bildirilib ki, iştirakçılar şəxsi kabinetinə daxil olaraq Hesabatlar bölməsində imtahan nəticələri ilə tanış ola bilərlər.

Ümumilikdə 1311 iştirakçı imtahanı uğurla tamamlayaraq əyani mərhələnin idarəetmə bacarıqları imtahanında iştirak etmək haqqı qazanıb. Həmin imtahanla bağlı ətraflı məlumat tezliklə iştirakçıların şəxsi kabinetinə yerləşdiriləcək.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidentinin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqənin məqsədi 21-51 yaş aralığında olan, intellektual səviyyəsi yüksək və azı iki il idarəçilik təcrübəsinə malik perspektivli rəhbər şəxslərin müəyyənləşdirilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etməkdir.

“Yüksəliş” müsabiqəsinin qalibini bir il ərzində idarəçi rəhbərlərdən – böyük şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı və 20 min manat məbləğində pul mükafatı gözləyir.

Növbəti - dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidenti tərəfindən 2023-cü il dekabrın 25-də Sərəncam imzalanıb.