"Abzas Media" işi çərçivəsində həbs olunan Nərgiz Absalamova barəsində olan həbs qətimkan tədbiri daha 22 gün uzadılıb.
"Unikal" xəbər verir ki, qərar Xətai Rayon Məhkəməsində hakim Aynur Abdullayevanın sədrliyi ilə keçirilən iclasda elan edilib.
Qeyd edək ki, jurnalist ötən ilin dekabr ayının 1-də qaçaqmalçılıqda ittiham olunaraq barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi.
Xatırladaq ki, sözügedən saytın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı və direktor müavini Məhəmməd Kekalov eyni ittihamla həbs ediliblər.