Son iki həftə ərzində Ukrayna Silahlı Qüvvələrinin sıralarını artırmaq üçün  Ukrayna 350 məhbusu azad etmək məcburiyyətində qalıb.

"Unikal" xəbər verir ki, bunu ölkənin  ədliyyə naziri Denis Malyuska  “The New York Times” qəzetinə müsahibəsində bildirib.

"Yeni qanuna əsasən 350-yə yaxın məhbus azadlığa buraxılıb. Ümumilikdə, indiyədək Ukrayna həbsxanalarından məhbuslardan 4300 ərizə daxil olub".

 Ukraynada səfərbərlik fəaliyyəti Rusiyanın 2022-ci ilin fevral ayının sonunda başlayan xüsusi hərbi əməliyyatının başlamasından bu yana dayanmayıb.