Bakının Xəzər rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.

"Unikal" apa-ya istinadən xəbər verir ki, hadisə Binə qəsəbəsində baş verib.

Polşa vətəndaşı 1970-ci il təvəllüdlü Asenov Asen Şişmanov qonşuluğunda yaşayan şəxslə əlbəyaxa dava zamanı bıçaqlanıb.

Yaralı sol bazunun kəsilmiş deşilmiş xəsarəti ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Faktı Xəzər Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.