"İranın Azərbaycanla əlaqələri düzgün istiqamətdə inkişaf edir".
"Unikal" İran KİV-ə istinadən xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bildirib.
“Azərbaycan Respublikasının İrandakı səfirliyinin fəaliyyətinin bərpası iki ölkə arasında əməkdaşlıq və əlaqələrin inkişafında razılaşdırılmış məsələlərdən biri olub. Ümid edirik ki, bu məsələ birgə əməkdaşlıq çərçivəsində həllini tapacaq”, - o qeyd edib.