Çexiya Ukraynadakı münaqişədən yorulub.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çexiya hökumətinin Avropa məsələləri üzrə naziri Martin Dvorak bildirib.
O, qeyd edib ki, Çexiyada Ukraynadakı münaqişə ilə bağlı "müəyyən yorğunluq" var. Həmçinin, Dvorakdan populizmin və ifrat sağçıların yüksəlişinin, eləcə də inflyasiya və qənaət tədbirlərinin qarşıdan gələn Avropa seçkilərinə necə təsir edəcəyi soruşulub.
"Əlbəttə ki, müsbət mənada deyil. Müəyyən müharibə yorğunluğu var və bu, problemdir", - deyə Dvorak bildirib.
Zərifə Nağıyeva