Fransanın qərbindəki Şemiye-an-Anju kommunasında (Men və Luar departamenti) məktəbdə qanlı insident yaşanıb.
"Unikal" xəbər verir ki, şagirdlərdən biri müəllimə bıçaqla hücum edib.
Bildirilir ki, 18 yaşlı şagird bələdiyyə polisi tərəfindən saxlanılıb.
Hücum nəticəsində müəllimin xəsarət aldığı qeyd olunur.