Kanalda boğulan hərbçinin nəşi təhvil verilib.

"Unikal"ın məlumatına görə, Xaçmaz rayonu Köhnə Xudat kənd sakini, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) Eyvazov Elvin Daşdəmir oğlunun cansız bədəni sudan çıxarılaraq müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Qeyd edək ki, E.Daşdəmirov Samur-Dəvəçi-Abşeron su kanalında boğularaq vəfat edib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Xanlar Qaraca